Karantin dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:24 Aytacın atasının narazılığına Baş Prokurorluqdan CAVAB  |     22:18 Məşhur yazıçı vəfat etdi  |     22:09 Makqreqor prezidentliyə namizəd oldu  |     22:01 "AZAL-ın qəzaya uğrayan təyyarəsinə görə təzminat ödənilib" - Rusiya XİN  |     21:55 Makron: "26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb"  |     21:49 Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: "Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü"  |     21:30 Xocalıda törətdikləri qəddarlıqları etiraf etdi - MƏHKƏMƏ  |     21:25 Əfqanıstanda yenə zəlzələ oldu  |     21:19 Tramp: "Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib"  |     21:12 Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA  |     21:00 Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır  |     20:54 Hüseyn Həsənovun Rusiyadakı sonuncu biznesi ləğv edildi  |     20:46 Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib  |     20:39 Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır  |     20:33 İtaliyalı modelyer Corcio Armani vəfat edib  |     20:27 Bu ilin səkkiz ayında Qazaxın 122 ha ərazisi minalardan təmizlənib  |     20:20 Azərbaycan boksçusu dünya çempinatına qələbə ilə başlayıb  |     20:15 Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır  |     20:08 Azərbaycan XİN funikulyor qəzası nəticəsində çoxsaylı insan ölümü ilə bağlı Portuqaliyaya başsağlığı verib  |     20:02 Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edib  |    

Karantin dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmalara dair metodiki göstərişlər hazırlanıb

Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilini və tənzimlənməsini təmin etmək məqsədilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində illik planlaşdırmaların hazırlanmasına dair metodiki göstərişlər” hazırlanıb.

APA-nın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumi təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.

Metodiki göstərişlərdə qeyd edilib ki, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə siniflər yarımqruplara bölünür. Təlimin təşkilinin planlaşdırılmasında bildirilib ki, müəllim dərs ilinin əvvəlində illik planlaşdırmada ötən tədris ilindəki məzmunu, xüsusilə mart-iyun aylarında distant şəkildə tədris olunan məzmunu təkrarlamaq üçün müvafiq saatlar ayırır. Bu zaman müəllim üçün metodik vəsaitdə verilmiş istiqamətverici illik planlaşdırma nümunələrinə istinadən tədris planında nəzərdə tutulmuş dərs saatlarını saxlayır. V-XI siniflərdə təbiət-riyaziyyat fənlərinin (riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya) 4-5 saat; humanitar fənlərin hər birinə (Azərbaycan dili, ədəbiyyat, tarix və s.) isə 2-3 saat təkrarın verilməsi nəzərdə tutulur.

I siniflərdə Azərbaycan dili, riyaziyyat fənlərinin dərs saatı hesabına 2 həftə məktəbəhazırlıq mərhələsində keçirilmiş məşğələlərin, II-IV siniflərdə isə Azərbaycan dili və riyaziyyat fənlərindən 4-5 saat təkrarın verilməsi nəzərdə tutulur. Tədris ilinin əvvəlində təkrar dərslərin cari ilin mart-iyun aylarında tədris olunmuş mövzular əsasında keçirilməsi mütləq nəzərə alınmalıdır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən ibtidai siniflərdə yaxın mövzular birləşdilir. Mövzuların birləşdirilməsi Pedoqoji şuranın və ya metodbirləşmənin qərarı ilə rəsmiləşdirilir. V-XI siniflərdə ümumiləşdirici və təkrar dərslərə ayrılan saatlar ixtisar edilir.

Fənlər üzrə həftəlik dərs saatlarının əyani və ya distant (məsafədən) formada bölgüsü xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına əsasən aparılır. Yeni dərsin, bölmənin ilk 15 dəqiqəsi diaqnostik qiymətləndirməyə ayrılır. İllik (yarımillik) planlaşdırma tərtib edilərkən dərslərin tədris planında göstərilmiş saata uyğun əyani və distant keçirilməsi nəzərə alınır. Lisey və gimnaziyaların tədris planlarına Pedoqoji şuranın qərarı ilə müvafiq dəyişikliklər edilə bilər. Dərslikdəki mövzu və tapşırıqların əyani və ya distant tədris olunması məsələsi metodbirləşmənin müzakirəsinə çıxarılaraq kollegial qərar qəbul edilir. Əyani dərslərin müddəti 45 dəqiqə, distant dərslərin müddəti isə 30 dəqiqəyə qədər planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 344 08.09.20 19:58