Azərbaycana Suriyadan döyüşçülər gətirilir? - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:42 Ərzaq təhlükəsizliyində yeni mərhələ: Azərbaycanın buğda idxalı coğrafiyası dəyişir - ARAŞDIRMA  |     20:37 Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     20:29 Xəzər dənizində batma təhlükəsi ilə üzləşən 26 yaşlı qadın xilas edilib  |     20:24 KİV: Pakistan Ermənistanla diplomatik münasibətlərin qurulması qərarını Azərbaycanla razılaşdırıb  |     20:16 İndoneziyada göyərtəsində 8 nəfərin olduğu helikopter radardan itib  |     20:10 Rusiya Baş nazirinin müavini: Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün işləyirik  |     20:02 "Bakı Kart" nizamnamə kapitalını bir qədər də azaldır  |     19:57 Azərbaycanın paragüllə atıcıları dünya çempionatına 2 lisenziya qazanıblar  |     19:49 Sabah 35 dərəcə isti olacaq - PROQNOZ  |     19:44 Qaraçuxurda hərbi sursat aşkar edilib  |     19:38 Qəbələdə ehtiyatsızlıqdan sirkə turşusu içən qadın ölüb  |     19:30 Azərbaycan şahmatçılarının FIDE-nin reytinq cədvəlindəki mövqeləri bəlli olub  |     19:25 Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək  |     19:16 Rusiyada əmək miqrantları ilə bağlı yeni eksperimentə başlanılır  |     19:11 Bakı dünyanı qəbul etməyə hazırdır: Qran-Pri öncəsi turizm mənzərəsi – ARAŞDIRMA  |     19:03 "Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb  |     18:58 Azərbaycan idmançılarının sentyabr ayına olan reytinq cədvəli açıqlanıb  |     18:50 Rusiyada miqrantlar üçün yeni rüsumlar tətbiq edilib  |     18:45 Alimlər: Atlantik okeanında güclü zəlzələ zonası formalaşıb  |     18:37 Sumqayıtda karton istehsalı müəssisəsi yanır - Video  |    

Azərbaycana Suriyadan döyüşçülər gətirilir? - RƏSMİ AÇIQLAMA

Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır:

"Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik.

Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır.

Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur.

Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir.

Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi.

“Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı.

Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa imkan verir.

Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi İrəvan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 770 02.09.20 12:44