Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyi: “Nezavisimaya qazeta”nın suriyalı döyüşçülərin gətirilməsi barədə məqaləsi uydurmadır”

02.09.2020 12:11 3 522
Müdafiə Nazirliyi: “Nezavisimaya qazeta”nın suriyalı döyüşçülərin gətirilməsi barədə məqaləsi uydurmadır”
Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yayımlanan məqaləyə münasibət bildirib.

Sentyabrın 1-də həmin nəşrdə “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalə dərc edilib.

Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilib ki, məqalədə oxuculara həqiqətə tam uyğun olmayan məlumat təqdim edilib.

“Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik”,- deyə Müdafiə Nazirliyi bəyan edib.

Nazirliyin açıqlamasına əsasən, məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir.

“Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır. Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə var. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi”.

Müdafiə Nazirliyi “Nezavisimaya qazeta”ya tövsiyə edib ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı.

“Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.скачать dle 11.3
Mojo.az Banner