XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar BƏYANAT YAYDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkələrdən Azərbaycana 113 min manatlıq cin gətirilib - SİYAHI  |     22:55 Bu il Azərbaycana neçə turist gəlib?  |     22:47 Sosial mediada 3 saniyədə diqqəti necə cəlb etməli?  |     22:40 Texnologiya şirkətləri niyə qutularını sadələşdirir?  |     22:34 "Labubu" sahibi gəlirlərini artırmaqda davam edir - 20 milyard dollarlıq artım  |     22:29 Satış kifayət etmir, müştəri sizə güvənməlidir - Brend dəyəri yaratmaq  |     22:22 Toy qadağalarının Tacikistan modeli – pul ver, işini gör  |     22:13 Həbsxanadan görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı AÇIQLAMA - VİDEO  |     22:08 Türkiyədə ağır yol qəzası: 1 nəfər öldü, 16 nəfər yaralandı  |     22:00 Yeni “Moskviç” modelinin İLK FOTOsu  |     21:54 Taksi islahatları: Hazırda vəziyyət necədir?  |     21:47 Misirdə qatar qəzası - 3 ölü, 92 yaralı  |     21:41 Azərbaycan Premyer Liqası: "Zirə" "Kəpəz"i böyük hesabla məğlub edib  |     21:30 İtkin düşən gəncin anası: Biz ailə olaraq soyadımızı oğlumuzun adı ilə dəyişmişik  |     21:23 Rasmus Hoylunn "Napoli"yə keçir  |     21:16 Cəlilabadda qardaş qardaşı bıçaqladı  |     21:05 Daha bir internet əfsanəsi tamamilə bağlanır  |     20:58 Sumqayıtda 13 yaşlı uşaq ölüb  |     20:47 "Qarabağ"ın U-19 komandasının UEFA yarışında təqvimi açıqlandı  |     20:35 Aİ Rusiyanın aktivlərini qaytarmayacaq  |    

XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar BƏYANAT YAYDI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində üç azyaşlı uşaq hər iki valideynini itirib.

Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xatırladırıq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.

Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 151 28.08.20 16:39