Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı

27.08.2020 22:37 1 508
DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına və Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün bu gün – avqustun 27-də keçirilən imtahanların nəticələrini elan edib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak edənlər aşağıdakı linklər vasitəsilə imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:

Feldşer ixtisasına qəbul imtahanının nəticələri;
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Feldşer ixtisasına qəbul imtahanında iştirakı nəzərdə tutulan 66 nəfərdən üç nəfər, DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında isə iştirakı nəzərdə tutulan 1150 nəfərdən 61 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, bu gün keçirilən digər iki imtahan – Azərbaycan dili (dövlət dili kimi) və Sabah qruplarına qəbul imtahanlarının nəticələri də yaxın iki gün ərzində elan olunacaq.
скачать dle 11.3
Mojo.az Banner