Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“Neftçi” növbəti mərhələyə adladı, “Sumqayıt” üçün Avropa Liqası bitdi - YENİLƏNİB

27.08.2020 22:11 2 029
“Neftçi” növbəti mərhələyə adladı, “Sumqayıt” üçün Avropa Liqası bitdi - YENİLƏNİB
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” - “Şkupi” və “Sumqayıt” - “Şkendiya” görüşləri başa çatıb.

“Neftçi” 2:1 qalib gələrək II təsnifat mərhələsinə vəsiqə qazanıb. “Sumqayıt” isə 0:2 uduzaraq avrokuboklarla vidalaşıb.

***

88-ci dəqiqədə Emin Mahmudovun küncdən ötürməsindən sonra Anton Krivotsyuk başla qol vurub.

Oyuna əlavə edilmiş dəqiqələrdə isə rəqib hesab arasındakı fərqi azaldıb: 2-1

***

“Neftçi”nin belçikalı futbolçusu Sabir Buqrin 67-ci dəqiqədə hesabı açıb.

70-ci dəqiqədə “Şkupi”nin futbolçusu Qudiabi Umar qırmızı vərəqə alıb.

“Sumqayıt” isə “Şkendiya” qarşısında hələlik məğlub durumdadır (0-1).

“Keşlə” “Laçi” qarşılaşmasında hesab açılmayıb

Qeyd edək ki, hazırda matçlarda ikinci hissə oynanılır.

Son xəbərlər