Mojo.az Banner
21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |     20:54 Göyçayda yaşıllığa qarşı "soyqırım"la bağlı araşdırma başladı - 1 nəfər saxlanıldı  |     20:44 İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu  |     20:35 Bakıda bəy-gəlin rəqslərinin qiymətləri (SİYAHI)  |     20:22 Rəis müavini olmaq istədi, 64 min manat pul verdi  |     20:17 "Qəbələ"də portuqaliyalı vinger - Rəsmi  |     20:09 5 səhv sual müəllimlərin xeyrinə hesablandı  |     20:01 913 uşaq müəssisələrdən ailələrinə qaytarılıb  |     19:56 Tranzit daşımalarda eTIR sisteminin tətbiqinə başlandı  |     19:50 Sabah 40 dərəcə isti olacaq  |     19:43 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO  |     19:38 Azərbaycanın sığorta bazarı böyüyüb  |     19:30 "Aşur" məscidi muzeyə çevrilib? - RƏSMİ AÇIQLAMA  |     19:25 Qəza baş verdikdə sürücülər bu halda hadisə yerini tərk edə bilərlər  |     19:16 Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək? - AÇIQLAMA  |     19:11 Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı  |     19:03 12 iyul imtahanın nəticələri açıqlandı - 17 nəfər 400 bal topladı  |     18:56 Yol idarəsinin bir qrup əməkdaşı işdən çıxarıldı - Video  |    
Left Banner
Right Banner

Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir

10.08.2020 11:34 3 806
Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə 94 iştirakçı 47 cüt təşkil edəcək. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılacaq.

Sözügedən tədbirdə Azərbaycan klublarının – “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq. Paytaxt təmsilçiləri səpələnmiş, “Sumqayıt” isə səpələnməmişlərdən olacaq.

UEFA ənənəvi olaraq püşkatmadan öncə iştirakçıları qruplara bölüb.

“Neftçi” və “Keşlə”nin potensial rəqibləri aşağıdakılar olacaq:

1. “Şkupi” (Şimali Makedoniya),

2. “Laçi” (Albaniya)

3. “Dinamo” (Batumi, Gürcüstan)

“Sumqayıt”ın potensial rəqibləri isə bunlardır:

1. “Universitatya” (Rumıniya)

2. “Kayrat” (Qazaxıstan)

3. “Şkendiya” (Şimali Makedoniya)

4. “Baçka Topola” (Serbiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner