Məktəblərdə şagird və müəllimlərin təhlükəsizliyi vacib məsələdir.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, nazirlik epidemioloji vəziyyəti sıx izləyəcək:
“Bu istiqamətdə operativ reaksiya verilməsi və qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulur”.