Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib

26.08.2020 21:12 2 724
Fəzada yaşaya bilən bakteriyalar aşkar edilib
Bəzi canlıların fəzada hərəkət edərək diri qalmalarını irəli sürən Panspermia nəzəriyyəsi təcrübə yolu ilə təsdiqlənib.

Median.Az “Frontiers in Microbiology”yə istinadən xəbər verir ki, Yaponiyanın Tokio Farmakologiya və Həyat Elmləri Universitetində doktor Akihiko Yamaqişinin rəhbərliyi ilə tədqiqatçılar qrupu hələ 2018-ci ildə atmosferdə 12 km yüksəklikdə aşkarladıqları "Pharmacy" bakteriyalarının ultrabənövşəyi şualara dayanıqlı olduqlarını nəzərə alaraq fəzada da yaşaya bilib-bilmədiyini öyrənməyə qərar veriblər.

Bu məqsədlə bakteriyaların müxtəlif qalınlığa malik təbəqə şəklindəki koloniyaları beynəlxalq fəza stansiyalarının bayır səthinə 1, 2 və 3 illik müddətə yerləşdirildi.

Üç ildən sonra 0,5 mm-dən qalın təbəqələrdəki bakteriyaların fəza şəraitində həyatda qaldıqları məlum olub. Belə ki, təbəqənin üst qatındakı bakteriyaların məhv olaraq qalanlarını qoruyan xüsusi mühafizə qatı əmələ gətirdikləri məlum olub. Aparılan təhlillər 0,5 mm-dən qalın olan təbəqənin içərisində bakteriyaların fəza şəraitində belə 15-45 il ərzində yaşaya bildiyi qənaətinə gəlməyə əsas verib.

“Tədqiqatın nəticələri radio şüalarına dayanıqlı "Deinococcus" bakteriyalarının yer kürəsindən Marsadək yolboyu, yəni bir neçə ay ərzində həyatda qala biləcəyini ortaya qoyub”, - araşdırmada qeyd olunur.скачать dle 11.3
Mojo.az Banner