Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şirkət işçisi qarət olunub

25.08.2020 22:21 1 829
Şirkət işçisi qarət olunub
Abşeronda şirkətlərin birində kassir işləyən kişi qarət olunub.

Median.Az "Xezerxeber.az"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri 24 yaşlı Əmrah Həmzəyev, əmisi oğlu 21 yaşlı Sücəddin Həmzəyev saxlanıb.

Onlar hadisəni qabaqcadan planlaşdırdıqlarını, hətta buna bir neçə dəfə cəhd etdiklərini bildiriblər. 3-cü cəhddə isə onlar çirkin əməllərini həyata keçiriblər. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyatla gecə saatlarında Rəhman Məmmədova məxsus avtomobili qaçıran Lənkəran şəhər sakini 30 yaşlı Mirhüseyn Ocaqov tutulub. Araşdırma zamanı məlum olub ki, o maşın ustasıdır. Masazır kəndində avtomobillərin təmiri sexlərinin birində çalışır. Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner