Azərbaycanda kişi tibbi spirt içib, yerdə uzanaraq söyüş söyən dostunu qətlə yetirdi - VİDEOREPORTAJ
Baku TV-nin xəbərinə görə, həmin gün polis əməkdaşları tərəfindən 76-cı məhəllədə yaşayan X.Abbasov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, iyunun 11-i axşamdan iyunun 12-si səhər saat 4-dək Xəyal Abbasov tanışı Emil Nuriyevlə “Bələdiyyə Parkı”nın qarşısındakı marketdən aldığı bir litr arağı, sonra aptekdən aldığı yarım litrlik tibbi spirti içiblər. Sərxoş olandan sonra E.Nuriyev dayanacaqda, yerdə uzanaraq səs-küy yaradıb.
X.Abbasov onu sakitləşdirmək üçün parka aparıb. Parkda E.Nuriyev onu söydüyü üçün, X.Abbasov onu qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən X.Abbasov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Daha ətraflı Baku TV-nin videosüjetində: