Mojo.az Banner
13:28 Sentyabrda dənizə girmək təhlükəlidir? - AÇIQLAMA  |     13:22 Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələb olunacaq - Video  |     13:20 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər (Video)  |     13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |    
Mojo.az Avto
Mojo.az Avto

Robert Koçaryan Ermənistanı məhkəməyə verdi

24.08.2020 18:30 1 403
Robert Koçaryan Ermənistanı məhkəməyə verdi
Ermənistanın ikinci Prezidenti Robert Koçaryan ölkəsini məhkəməyə verib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Səbəb isə hakim Anna Danibekyanın ehtiyatsızlığı olub. Məhkəmə zamanı o, xəstəxanadan verilən arayışın mətnini oxuyub və sabiq prezidentin icazəsi olmadan tibbi sirri açıb.

Qeyd edək ki, Koçaryan martın 10-da keçirilən iclasda iştirak etməyib. Həmin vaxt hakim Anna Danibekyan “Erebuni” tibb mərkəzinin verdiyi arayışı oxuyub. Sənəddə ikinci prezidentə kəskin vestibulopatiya, 3-cü dərəcəli hipertoniya və ürək ritminin pozulması diaqnozu qoyulduğu bildirilib. Arayışa əsasən, Koçaryan məhkəmə iclasında iştirak edə bilməzdi.

“O, medianın qarşısında tibbi sirləri özündə əks etdirən sənədin tam mətnini oxuyub. Bunlar qanunla qorunan şəxsi məlumatlardır”, - deyə Koçaryanın vəkili Ayk Alumyan bildirib.

Ermənistanın ikinci prezidenti təzminat kimi iki milyon dram (7 034 AZN) tələb edir.

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner