Mojo.az Banner
13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”

22.08.2020 16:49 1 791
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
“Qanun hamı üçün eyni olmalıdır”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti bildirib ki, 5-10 nəfərlə məclis edənlər cərimələndiyi kimi, məmurlar, tanınmışlar da bunu edəndə cəzalandırılmalıdır:

“Hər kəs qanuna əməl etməlidir. Dövlət adamları, rəsmi şəxslər cəmiyyətə nümunə olmalıdır. Amma bunu etmirlər. Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı? Ona görə də baş verənlərə çox pis baxıram.

Karantin qaydaları ya hamıya aid edilməlidir, ya da hər kəsə imkan verilməlidir ki, toyunu, yasını etsin. Ölkədə bu gün minlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən minlərlə valideyn var. Bunlar adam deyil? Qanun hamı üçündür.

Əgər vəzifəli şəxslər buna əməl etmirsə, sadə xalqdan da qanuna əməl etməyi tələb etmək olmaz. O şəxslər cəzalandırılmalıdır və cəzalandırılır”.скачать dle 11.3
Mojo.az Banner