Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisin deputatlarının avtomobilləri - SİYAHI

22.08.2020 15:57 3 163
Milli Məclisin deputatlarının avtomobilləri - SİYAHI
Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

Median.Az “
Report”-a istinadən Milli Məclisin bəzi deputatlarının hansı markalı avtomobillərdən istifadə etməsi ilə bağlı hazırlanan materialı təqdim edir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli “Report”a açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib: “Ümumiyyətlə şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı “BMW” markalı avtomobildən istifadə edirəm”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

“Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan " Mercedes E-Class” markalı xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.



Milli Məclisin deputatları Fazil Mustafa və Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata", Erkin Qədirlinin "Toyota Corolla" markalı avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobilləri "Mercedes E-Class”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verir.скачать dle 11.3
Mojo.az Banner