Mojo.az Banner
SON DƏQİQƏ
18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

21.08.2020 19:50 1 588
ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır
ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

Median.Az “Euronews”a istinadən xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası ilə oynanmış ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası “Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, “Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən “Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.
скачать dle 11.3

Son xəbərlər