Mojo.az Banner
11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gənc qadını polis adıyla aldadıb "Hummer"ini və pulunu aldılar - 75 MİNLİK DƏLƏDUZLUQ

20.08.2020 12:14 4 633
Bakıda gənc qadını polis adıyla aldadıb
Bakıda gənc xanım dələduzluqla üzləşib. “Report” açıqlama verən şikayətçi G.Muradova bildirir ki, Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxs onun etibarından sui-istifadə edərək 70 min manatadək pulunu ələ keçirib. Onun sözlərinə görə, Vüqar Şirinovla 2018-ci ilin sonunda tanış olub. V.Şirinov onunla evlənəcəyini vəd edib: “Vüqar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili işlədiyini, əvvəlcə kapitan, sonradan isə mayor rütbəsində zabit olduğunu bildirirdi. O, mənimlə görüşə polis formasında da gəlmişdi. Mənə bildirdi ki, şəhid ailəsi olduğuna görə sosial evləri ucuz qiymətə ala bilir. Sosial evlərdə mənzil almaq vədi ilə məndən hissə-hissə, (15 min, 15 min və 6 min olmaqla ) ümumilikdə 36 min manat pul aldı. Ancaq nə mənzil aldı, nə də pulu qaytardı”.

G.Muradova qeyd edir ki, V.Şirinov növbəti dəfə onu aldadıb: “Sonra mənim “Hummer” markalı avtomobilimi 25 min manata almaq istədiyini dedi. Mən razılaşdım, amma bir müddət sonra dedi ki, maşının mühərrikində problem var, notariatda əsas etibarnamə ver ki, məsələni həll edim. Mən də onun dediyini etdim. Ancaq sonradan öyrəndim ki, maşını başqa adama satıb və “Hummer” lombardda girovdadır”.

Şikayətçi bildirir ki, V.Şirinov növbəti dəfə ondan qardaşını Türkiyə səfirliyində işə düzəltmək adı ilə pul alıb: “Qardaşımın işə düzəltməsi üçün iyun ayında ona ümumilikdə 15 min manat da verdim. Bundan sonra isə tamamilə yoxa çıxdı, telefonlarına zəng çatmadı. Öyrəndik ki, Vüqar bizdən başqa şəxslərə qarşı da belə əməllərə yol verib. Hətta onun ailəli olduğu da üzə çıxdı”.

G.Muradova bildirir ki, tez-tez telefon nömrəsini dəyişsə də, Vüqarla əlaqə saxlaya bilib: “Mənə dedi ki, sənə borcum yoxdur. Əlimdə video, səs yazısı və fotolar olduğunu dedikdən sonra isə məni hədələməyə başladı. O, müxtəlif instaqram profillərindən mənə yazaraq görüşə çağırır, öldürəcəyi ilə hədələyir. Hesab edirəm ki, telefonda olan sübutlara görə narahatdır və onların silinməsinə nail olmaq istəyir. Vəziyyət o yerə çatıb ki, onun hədə-qorxuları ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə də müraciət etmişəm”.

Şikayətçi bildirir ki, V.Şirinov Gülüstan Ağayeva adlı qadınla əlbir hərəkət edir: “Həmin qadını mənə anası kimi təqdim edərək, elçi gələcəyini demişdi. Hazırda da həmin qadınla bilirkdə yaşayır. Dəfələrlə həmin qadın mənimlə əlaqə saxlayaraq, problemlərin həll olunacağını bildirib və Vüqardan şikayətçi olmamağımı istəyib”.

G.Muradova sonda əlavə edir ki, həm hədələnməsi, həm də qarşılaşdığı ümumilikdə 75 500 manatlıq dələduzluq faktı ilə bağlı ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət edib: “Şöbədən bildirdilər ki, ərizədə V.Şirinovun BMCMİ adından istifadə etdiyi qeyd edildiyi üçün, məsələ həmin idarə tərəfindən araşdırılır və əlavə məlumat veriləcək”.

"Report" məsələ ilə bağlı Vüqar Şirinovla əlaqə saxlamaq istəsə də, telefonuna zəng çatmayıb, Gülüstan Ağayeva isə zənglərə cavab verməyib.

Mövzu ilə bağlı DİN-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.


скачать dle 11.3
Mojo.az Banner