Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

190 manat ödənişlə bağlı VACİB AÇIQLAMA

19.08.2020 20:31 1 863
190 manat ödənişlə bağlı VACİB AÇIQLAMA
"Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşların siyahısı banklara göndərilib. Yaxın günlərdə ödəmələrə başlanılacaq".

Bu sözləri Baku.ws-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib.

Nazirlik rəsmisi bundan əvvəl bir və ya iki ay birdəfəlik ödəmə alan, lakin sonradan bundan məhrum olan vətəndaşlarla bağlı suala da aydınlıq gətirib: "Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik ödəmə əvvəlcə aprel və may ayları üçün nəzərdə tutulmuşdu. Sonrakı ay hansı rayon karantin zonasına daxil idisə, o rayonun sakinləri ödəməni ala biliblər. Vətəndaşlar bir ay birdəfəlik ödəməni alıbsa, digər ay imtina verilibsə, bu o deməkdir ki, o, əmək müqaviləsi bağlayıb, VÖEN açdırıb. Yəni bu şəxslərə 190 manatın şamil olunmayacağı ilə bağlı səbəblər yaranıb. Çünki bu qaydalarda var ki, ödəmə yalnız hüququ çatan şəxslərə verilməlidir.

Əgər 190 manatın verilməməsi ilə bağlı şikayəti olan vətəndaşlar varsa, 142 çağrı mərkəzinə zəng vura, məşğulluq mərkəzləri ilə əlaqə saxlaya və nazirliyin sosial şəbəkədəki səhifələrinə yaza bilərlər. Bu müraciətlərin hər biri əməkdaşlarımız tərəfindən cavablandırılır".скачать dle 11.3
Mojo.az Banner