Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dəhşətli ailə cinayəti: Ər ondan boşanmaq istəyən arvadını bıçaqladı - VİDEO

19.08.2020 19:52 2 396
Azərbaycanda dəhşətli ailə cinayəti: Ər ondan boşanmaq istəyən arvadını bıçaqladı - VİDEO
2019-cu il yanvarın 7-də 3 saylı şəhər klinik xəstəxanasına çoxsaylı bıçaq yaraları ilə 39 yaşlı Cəmalə Balayeva daxil olub.

Baku TV-nin verdiyi məlumata görə, həkimlər zərərçəkmişin həyatını xilas ediblər, onu öldürməyə cəhd edən əri Müxalif Balayev isə Türkan qəsəbəsində xidmət aparan Xəzər RPİ Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə, M.Balayev əvvəllər beş dəfə məhkum olunub.

İstintaqla müəyyən edilib ki, M.Balayev ondan ayrılan həyat yoldaşı Cəmalə Balayeva ilə barışmaq istəyib. Bu məqsədlə onun yaşadığı Türkan qəsəbəsindəki evə gedib. Evə qayıtmaq barədə etdiyi təklifləri rədd etdiyindən xuliqanlıq niyyəti ilə qadını qəsdən öldürmək qərarına gəlib.

Orta dərəcəli sərxoş vəziyyətdə yanvarın yeddisi evdən bıçaq götürüb, küçəyə çıxıb. Arvadının hər gün işdən evə 101 nömrəli avtobusla gəldiyini əvvəlcədən bildiyi üçün Xanlar küçəsində yerləşən avtobus dayanacağında pusquda dayanaraq, onu gözləyib.

Saat 18 radələrində C.Balayeva avtobusdan düşüb, atasının yaşadığı ünvana doğru getdikdə, onun təqib edib. Poçt küçəsində yolunu kəsərək, qadının saçından tutub. Onun yalvarmasına baxmayaraq, bədəninin müxtəlif nahiyələrinə yeddi bıçaq zərbəsi vurub. Ancaq qadın müqavimət göstərərək ərazidən qaçmağı bacarıb, və 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cəmalə Balayevanın həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş M.Balayev bildirib ki, həyat yoldaşını əvvəlcə qorxutmaq istəyib, ancaq onunla barışmaqdan imtina etdiyi üçün yoldaşını bıçaqlayıb. C.Balayeva qaçdıqdan sonra arxasınca getməyib, evə qayıdıb və polis əməkdaşlarının gəlməsini gözləyib. Qısa müddətdən sonra polis əməkdaşları gəlib onu şöbəyə aparıblar. Orda əməlinin etiraf edərək, əməlindən peşman olduğunu bildirib. Məhkəmə prosesində M.Balayev ittiham üzrə özünü təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müxalif Balayev 15 il müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3
Mojo.az Banner