Mojo.az Banner
15:46 Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)  |     15:41 Azərbaycanda kiçik məbləğli onlayn kreditə tələb artır  |     15:37 Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində yaşayış məntəqəsini nəzarətə götürdülər  |     14:54 Bakıda fəlsəfə doktoru VƏFAT ETDİ - FOTO  |     14:47 Yağışlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     14:46 Azərbaycan nefti 3 dollardan çox UCUZLAŞDI  |     14:42 AZAL Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB  |     13:42 Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı  |     13:41 Pakistanda zəlzələ olub  |     13:41 Leyla və Arzu Əliyevalar "CandyFest" yay festivalını ziyarət edib, "Sehrli mirvari" su sirki şousunu izləyiblər - FOTO  |     13:38 Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO  |     13:36 Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO  |     13:28 "Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"  |     13:17 Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA  |     23:00 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılıb?  |     22:59 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq"  |     22:28 Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib (FOTO)  |     22:18 Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA  |     21:19 “Turan Tovuz” onunla yeni müqavilə imzaladı  |     21:06 Diabet ən çox bu qan qrupu olanlarda tapılır  |    
Left Banner
Right Banner

Arvadının üzərinə yanacaq töküb, onu öldürəmək istəyən şəxs 14 il 6 ay cəza alıb

18.05.2018 18:12 2 172
Arvadının üzərinə yanacaq töküb, onu öldürəmək istəyən şəxs 14 il 6 ay cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Mais Həsənovun CM-nin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29.186.2.2-ci (əmlakı qəsdən məhv etməyə və ya zədələməyə cəhd, yandırmaqla, partlatmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, istintaqla müəyyən edilib ki, ötən il iyulun 29-da Mais Həsənov həyat yoldaşı Güldəstə Ağayevanın, qohumları tərəfindən inşa edilən və yaşaması üçün onlara təhvil verilən Binə qəsəbəsində olan evə sərxoş halda gələrək, arvadının axşam yeməyini gec hazırlamasını bəhanə edərək ünvanına söyüşlər söyüb. Ardınca həyətə çıxaraq avtomobilindən plastik qabda olan benzini götürüb, evə qayıdıb və qapını arxadan bağlayıb. Mətbəxdə yemək hazırlayan qadına arxadan yaxınlaşaraq, üzərinə yanacağı töküb. Ağayeva üzərinə benzin töküldüyünü və qaz sobasının açıq olduğunu hiss edərək, dərhal qazı söndürməyə cəhd edib. Lakin Həsənov arvadını diri-diri öldürmək niyyətində olduğu üçün, benzini yenidən sobanın və zərərçəkmişin üsütünə töküb. Yanacaq alovlanıb və Güldəstə yanıq şoku keçirib. Qadın çətinliklə də olsa qapını açaraq, qonşuları səsləyib. Hadisə yerinə gələn şahidlər Ağayevanı və evi söndürə biliblər. Zərərçəkmiş 5 saylı şəhər xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə biliblər.

Fakta görə ilkin olaraq cinayət işi Xəzər RPİ İstintaq şöbəsində başlanılıb, daha sonra istintaq rayon prokurorluğu tərəfindən aparılıb. Mais Həsənov barəsində axtarış elan olunub, o bir aydan sonra Sabunçu rayonu ərazisində saxlanılıb.

Məhkəmə prosesində Mais Həsənov ittihamlar üzrə özünü təqsirli bilməyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib, onun sözlərinə görə, Güldəstə Ağayevanı öldürmək niyyəti olmayıb, sadəcə hadisə bir anda baş verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner