Mojo.az Banner
11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub

18.08.2020 17:30 1 493
Özünü akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul alan şəxs tutulub
Özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək vətəndaşlardan pul yığan şəxs tutulub.

Bu barədə APA-ya B.Nəbiyevin oğlu Sadıx Nəbiyev məlumat verib.

O, qeyd edib ki, bu ilin iyun ayından başlayaraq naməlum şəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə zəng edərək, özünü akademik Bəkir Nəbiyevin oğlu kimi qələmə verib və maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək, maddi kömək göstərilməsini xahiş edib: “Xoşbəxtlikdən müraciət edilən şəxslərin çoxu məni tanıdığı üçün tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng vuranın dələduz olduğunu tez başa düşən şəxslər olublar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də var”.

Məsələ ilə bağlı dərhal polisə müraciət etdiyini qeyd edən S.Nəbiyev artıq dələduzluq edən şəxsin tutulduğunu bildirib: “Hadisədən xəbər tutan kimi dərhal Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət etdim. Onun göstərişi ilə Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin təfərrüatı müəyyən edildi. Qaçıb gizlənmək cəhdlərinə baxmayaraq Mehrəliyev Ceyhun Elçin oğlu polis tərəfindən saxlanılıb”.скачать dle 11.3
Mojo.az Banner