Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda özünü polis zabiti kimi təqdim edən dələduz saxlanılıb

23.05.2019 11:38 4 798
Bakıda özünü polis zabiti kimi təqdim edən dələduz saxlanılıb
Median.Az xəbər verir ki, Xətai RPİ və 37-ci polis şöbəsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Tural Rəhimli tutulub.

Araaşdırma zamanı məlum olub ki, saxlanılan şəxs restoran və ictimai iaşə obyektlərinə zəng edərək, özünü yol patrul xidmətinin tağım komandiri vəzifəsində çalışan Nihat və ya Vüqar adlı polis zabiti kimi təqdim edib. Daha sonra o, obyekt sahiblərinə işdən çıxa bilmədiyini və ona təcili olaraq pul lazım olduğunu bildirib. Obyektə sürücüsünü göndərəcəyini deyən T.Rəhimli həmin yerlərə yaxınlaşaraq, pulları dələduzluq yolu ilə ələ keçirib.

Onun Xətai rayonunda 2 sahibkardan ümümilkdə 750 manat alması müəyyən olunub. O, ifadəsində paytaxtın digər rayonlarında da özünü polis əməkdaşı kimi təqdim edib,
dələduzluq etdiyini qeyd edib.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar bu barədə DİN “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.скачать dle 11.3

Son xəbərlər