23:04 VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib  |     22:41 Avtomobil almaq istəyənlərin nəzərinə - Yanvarın 1-dən..  |     22:23 ABŞ-dən İraqa XƏBƏRDARLIQ  |     22:06 Daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olundu - MƏHKƏMƏ  |     21:43 İçərişəhərdə Zəfər Gününə həsr olunmuş musiqili parad keçirilib - Video  |     20:56 Bu məktəbə direktor təyin edildi  |     20:39 Peskovun ulu babası Bakıda güllələnibmiş  |     20:28 Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı  |     20:28 Gəncədə qadın qətlə yetirildi  |     19:38 Türkiyənin müdafiə naziri Azərbaycana gəlib  |     19:24 Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"  |     19:09 Ruben Amorim ən yaxşı seçildi  |     18:55 Qaradağda erkən nikahın qarşısı alındı  |     17:59 Azərbaycanda növbəti torpaq hərracları elan edildi  |     17:52 Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək  |     17:24 Prezidentin "Milli Qəhrəman" adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?  |     17:23 Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsinə dəyişiklik edildi  |     17:03 "Pajiznicesi" ləqəbli bloqer həbs edildi  |     17:01 Bloqer Tural Sadıqlının da ittiham olunduğu cinayət işi yeni hakimin icraatına verilib  |     16:14 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib  |    

Elçin Quliyev: “Ermənistanla sərhəddə mövqelərimiz 1700 metrə qədər irəli çıxarılıb”

Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

Həmin məqalədə cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə iki min metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan verdiyi qeyd olunub:

“Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılıb. Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub.

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 316 18.08.20 12:24