Mojo.az Banner
11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama

17.08.2020 21:38 1 683
AMADA-dan dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama
Azərbacyan Milli Antidopinq Agentliyi (AMADA) Ramin Əzizovdan test nümunəsinin idmançı karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumatlara münasibət bildirib.

AMADA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd olunub ki, taekvondo yığmasının üzvündən 2019-cu il dekabrın 28-də Azərbaycan çempionatı zamanı nümunə götürülüb: "Həmin nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu (S8. Kannabinoidlər / Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılıb. Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün yığma komandaya qatılmaq məqsədilə çıxış edirlər. Həmçinin, dekabrın 28-də keçirilən dopinq nəzarətindən sonra da Əzizov 2020-ci ilin fevral ayında beynəlxalq yarışda iştirak edib".

Açıqlamada bildirilib ki, antidopinq qaydalarına əsasən, araşıdırılmalar aparılıb və nəticədə idmançıya 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilib və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalayıb: "Bunun nəticəsində 2020-ci il iyul 6-da AMADA Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edib. Qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilib.

Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. Sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək".

Açıqlamada taekvondoçu barədə idmandan uzaqlaşdırılma qərarının verilməsinin onun sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmadığı vurğulanıb:" Antidopinq Qaydalarına əsasən, AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır. Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır".

Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondoçu 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin edilir.
скачать dle 11.3
Mojo.az Banner