Təhsil nazirindən tədris ili ilə bağlı VACİB AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:58 Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi  |     17:52 Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb  |     17:50 Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?  |     17:49 Bakıda FACİƏ: Dörd yaşlı qız səkkizinci mərtəbədən yıxılıb öldü  |     17:42 İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb  |     16:31 Ağsuda məktəb direktoru VƏFAT ETDİ  |     15:02 Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir  |     14:45 Xaçmazda mənzildən meyit tapılıb  |     14:21 Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın VİDEOSU  |     14:01 40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - Aralarında diplomatlar da var  |     14:00 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:57 İsrailə növbəti raket hücumu Yəməndən oldu  |     13:56 KİV: İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub  |     13:56 Eltac Səfərli 152 şahmatçının yarışdığı turnirdə İKİNCİ OLDU  |     13:55 Neftin qiyməti 130 dollara qədər arta bilər  |     13:54 İranın raket atəşləri səbəbindən İsraildəki yeraltı sığınacaqlar dağılıb  |     13:54 İranda "İsrail casusu" dar ağacından asıldı  |     13:52 Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı qeydə alınıb  |     13:51 İranın nüvə obyekti ərazisində zəlzələ olub  |     13:28 İsmayıllıda motel YANDI (Yenilənib)  |    

Təhsil nazirindən tədris ili ilə bağlı VACİB AÇIQLAMA

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransda dünyanı bürümüş COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edib.

O, təhsil sahəsində koronovirus pandemiyası ilə əlaqədar yaranan problemlərdən çıxış yollarının müzakirəsinə həsr olunmuş bu tədbirə və məsələyə həssas yanaşmaya görə Milli Məclis rəhbərliyinə, deputatlara təşəkkürünü bildirib.

Nazir deyib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir.

“Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır”, - deyə nazir əlavə edib.

Emin Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib.

Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayıb, bunun müəyyən risklər yarada biləcəyini qeyd edib.

Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib.

Qeyd edib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.

Bildirilib ki, Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün ümumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur.

Qeyd olunub ki, tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir.

Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsədəuyğun olması ehtimalını dilə gətirdi. O, 11 mart 2020-ci ildən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsinin zəruriliyini qeyd edib.

Bəxtiyar Əliyev ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Qeyd olunub ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.

Onlayn konfransda millət vəkilləri İsa Həbibbəyli, Anar İsgəndərov, Musa Qasımlı, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Müşfiq Məmmədov, Şahin Seyidzadə, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, Fatma Yıldırım, Ülviyyə Ağayeva Təhsil İnstitutunun verdiyi təkliflərlə bağlı fikirlərini bildiriblər.

Onlayn tədbirin sonunda Təhsil naziri Emın Əmrullayev və komitə sədri Bəxtiyar Əliyev millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 188 17.08.20 16:00