Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkilləri yay tətilini necə keçirir? - VİDEO

15.08.2020 18:48 1 660
Millət vəkilləri yay tətilini necə keçirir? - VİDEO
Millət vəkilləri əslində iyulun 15-də məzuniyyətə çıxsalar da növbədənkənar sessiyanın keçirilməsi səbəbi ilə, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı. Beləliklə, deputatlar avqustun 7-dən yenidən məzuniyyətə gediblər. Maraqlıdır, hazırkı pandemiya şəraitində deputatlar harada və necə istirahət edirlər?

Baku.tv-nin məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məzuniyyətini Bakıda keçirdiyini bildirib. Məzuniyyətdə olmasına baxmayaraq, millət vəkili jurnalistlərlə intensiv işlədiyini qeyd edib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə məzuniyyətini Ağdaşda keçirir. Millət vəkili Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri olduğu üçün orada da işə çıxdığını deyir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, məzuniyyətdə olmasına baxmayaraq,

o da hazırda iş başındadır.

Məlumat üçün bildirək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki,

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat),

Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat),

Qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat),

Parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat),

Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.скачать dle 11.3

Son xəbərlər