Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya tədbirlərinə ciddi əməl olunmalıdır - FOTO

15.08.2020 18:08 1 831
İctimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya tədbirlərinə ciddi əməl olunmalıdır - FOTO
Koronavirusa (COVID-19) yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə ictimai iaşə müəssisələrində dezinfeksiya və deratizasiya (gəmiricilərə qarşı mübarizə tədbirləri) işlərinin aparılması, eləcə də işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsi vacib şərtlərdəndir.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, açıq havada fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrində hər iş gününün sonunda profilaktik dezinfeksiya, ayda 1 dəfə isə deratizasiya işləri aparılmalı, lisenziyalaşdırılmış və bu sahədə ixtisaslaşmış müəssisələlərin xidmətindən istifadə edilməlidir.

Həmçinin, təlimatlarda qeyd edilmiş tövsiyələrə riayət olunmalıdır.

İnsanların sıx toplaşdığı yerlərdə ortaq istifadə edilən səthlərin, əşyaların mütəmadi təmizlənib, dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır. Müştərilərə xidmət göstərildikdən sonra dezinfeksiya olunmuş qida qəbulu yerlərində təmizlik işləri mütəmadi davam etdirilməlidir.

Bundan başqa ictimai iaşə müəssisəsinin işçi heyəti şəxsi gigiyena qaydalarına əməl etməklə yanaşı xüsusi iş geyimində olmalıdır. Gündəlik ev geyiminin iş prosesində istifadəsi yolverilməzdir.

Eyni zamanda, qida məhsulları ilə təmasda olarkən əlcək, tibbi maska və bone (baş örtüyü) kimi gigiyenik vasitələrdən mütləq istifadə olunmalıdır.







Son xəbərlər