Mojo.az Banner
18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi - VİDEO

12.08.2020 12:39 4 189
Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi - VİDEO
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 33 yaşlı Səxavət Əbilov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq, Samur-Abşeron kanalına aşıb.

Qubadlı Rayon Polis Şöbəsinin “Stansiya Sumqayıt” yaşayış massivində yerləşən polis məntəqəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb.

S.Əbilov hadisənin həyəcanından özünü körpüdən atmağa cəhd etsə də, polis əməkdaşları onun bu istəyinin qarşısını alıb.

Sürücünün sərxoş vəziyyətdə olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilib.

Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 11.3
Mojo.az Banner