Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb  |     20:35 Bakıda qəza törədərək əks istiqamətə gedən avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib  |     20:30 İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcəyini elan edib  |     20:23 İdmançı yarış zamanı buzlaqdan yıxılaraq ölüb  |     20:18 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     20:11 Azərbaycanda məhsul festivallarının keçirilməsinə başlanılır  |     20:05 Həftəsonu vətəndaşların bank kartlarından 5 min manatdan çox pul oğurlanıb  |     19:58 Həftəsonu ölkə ərazisində 60 kiloqramdan artıq narkotik aşkarlanıb  |     19:53 Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb  |     19:45 "Mançester Yunayted" hücumçusunu satmayacaq  |     19:40 Azərbaycana İsraildən turist axını mayda 98 % artıb  |     19:39 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları (FOTO)  |     19:31 20 qat dünya çempionu faciəvi şəkildə vəfat edib  |     19:25 Talaçaydan sel keçir  |     19:16 Konqo DR-də 29 nəfər leysan yağışları nəticəsində ölüb  |     19:09 Monqolustanda qızılcaya yoluxan vətəndaşların sayı 7 mini ötüb  |     19:02 Gəncədə avtomobil qəzası olub, yaralananlar var  |     18:57 Gəncədə hamamda qaz partladı - Xəsarət alan var  |     18:51 İran yeni kamikadze dronunu təqdim etdi  |     18:30 Pakistan İranla sərhədini bağlayıb  |    

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü

Ağdam rayonundan məcburi köçkün, hazırda Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlər üçün inşa edilmiş “Gənclər şəhərciyi”ndə üçotaqlı mənzildə məskunlaşmış Rəhman Cəfərovun ailəsində yaranan çətinliklərlə bağlı bəzi kütləvi informasiya vasitələrində və internet resurslarında yayılmış müraciəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ilk növbədə daha geniş məlumat almaq üçün 10 avqust 2020-ci il tarixində ailə ilə telefon əlaqəsi saxlanılıb. Bununla yanaşı, ilkin ehtiyacları qarşılamaq üçün karantin rejiminin qaydalarına uyğun olaraq ailəyə səfər edilib və müvafiq maddi yardımlar göstərilib.

Ailədəki vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Dövlət Komitəsinin əməkdaşları 11 avqust 2020-ci il tarixində ikinci dəfə ailə başçısı ilə telefon əlaqəsi yaradıblar.

Rəhman Cəfərov sosial şəbəkələrdə geniş yayılmış müraciətində qeyd etdiyi kimi ailəsinin bütünlüklə infeksiyaya yoluxduğunu, bir qisminin hazırda müvafiq xəstəxanalarda müalicə olunduğunu, özünün isə karantində olması səbəbindən işləmədiyini və maddi vəziyyətlərinin ağırlaşdığını diqqətə çatdırıb.

Məlumat üçün bildiririk ki, hazırda ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, pandemiya dövründə həssas təbəqədən olan ailələrə dəstək məqsədilə həyata keçirilən sosial layihələr ümumilikdə beş milyon əhalini əhatə etməkdədir.

Dövlət Komitəsi də öz səlahiyyətləri çərçivəsində, eyni zamanda qeyri-hökumət təşkilatları, könüllü ailələri bu prosesə cəlb etməklə həssas təbəqədən olan ailələrə dəstək göstərilməsini daim diqqətdə saxlamaqla yanaşı, ehtiyaclarının ödənilməsi üçün müvafiq qurumlara yönləndirilməsi işini davam etdirir.

Bu gün də Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən ailəyə növbəti yardım göstərilib və bildiririk ki, Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsində vəziyyətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsini nəzarətdə saxlayacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 306 11.08.20 20:55