Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?

10.08.2020 22:53 1 515
Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Tibb elmləri doktoru, epidemioloq, viral infeksiyalara nəzarət və qarşısının alınması üzrə mütəxəssis Mixail Favorov payızda koronavirus infeksiyasının ikinci dalğasının meydana gəlmə ehtimalının yüksək olduğunu bildirib.

Median.Az xəbər verir ki, bu barədə o, RT efirində məlumat verib. Mütəxəssis virusun daha da aqressivləşə biləcəyini qeyd edib. Həkim əlavə olaraq mövsümi yüksəlişin oktyabr ayında başlayacağını və bu dövrdə COVID-19-a yoluxanların yayda xəstələnənlərə nisbətən infeksiyanı daha çətin keçirəcəyini açıqlayıb.

"Bütün tənəffüs xəstəliklərində mövsümilik var. Payız və qışda qripə yoluxma halları artır. Yay aylarında virus günəşin ultrabənövşəyi radiasiyasına məruz qalması səbəbindən azalır", - Favorov bildirib.

Onun sözlərinə görə, insanlar özünü qorumaq üçün təxminən iki il ərzində qoruyucu maskalar taxmalıdır:

"Qarşıdakı iki-üç il ərzində istəsək də, istəməsək də maska taxmalı olacağıq. Maskaya nifrət edirəm, amma taxıram. Bunun nəinki sizi, başqalarını da qoruduğunu başa düşün. Virus ötürdüyünüz dozadan asılıdır. Maska taxdığınız zaman doza azalır".

Favorovun fikrincə, effektiv peyvənd yaradılsa belə, koronavirus epidemiyası daha iki il davam edəcək. Əgər tapılmazsa, üç-dörd il çəkə bilər. O qeyd edib ki, ölənlərin sayını azaltmaq üçün ilk növbədə risk altında olan insanları peyvənd etmək lazımdır. (publika.az)

Son xəbərlər