Mojo.az Banner
22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |     20:47 Məşhur aktrisa 103 yaşında vəfat etdi  |     20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramin Bayramlı: “Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər”

05.08.2020 16:51 1 575
Ramin Bayramlı: “Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər”
"Mart ayının əvvəllərində 22 xəstəxananı koronavirusla mübarizə üçün ayırmışdıq. İyun-iyul aylarında ölkə ərazisində, xüsusilə Bakı şəhərində artım oldu.COVİD-19-la mübarizə üçün xəstəxanaların sayı 46-ya çatdırıldı".

Median.Az
"Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in sədri Ramin Bayramlı Abşeron İdman Olimpiya Kompleksinin modul tipli xəstəxanaya çevirilməsi üçün təşkil olunan açılış mərasimindən sonra deyib.

O bildirib ki, bunlardan 10-u modul tipli xəstəxana idi:

"Bundan başqa Fövqaladə Hallar Nazirliyinin modul tipli xəstəxanası da istifadəyə verildi. 800 çarpayıdan ibarət xəstəxanada çarpayıların sayı daha 1200 ədəd artırılması nəzərdə tutulub. Modul tipli xəstəxanalardan yalnız 5-ni istifadə etmişik. İyun-iyul aylarında artım zamanı çarpayıların doluluq səviyyəsi bəzən Bakıda 85-88 faizə çatdı, rayonlarda isə 30 faizdən yuxarı olmayıb. Bunu nəzərə alaraq, əlavə müəssisələrin cəlb olunmasına başladıq. Lakin tətbiq olunan əks-pandemiya mübarizəsi və karantin şəraiti ilə sayın azalmasına nail olduq.

Ancaq Ümumdünya Səhiyyə Təşkilatı və ölkəmizə cəlb olunan ekspertlər payız aylarına hazırlıq üçün tövsiyə verirlər. Bu bütün dünya ölkələrində aparılır. Xəstəlik mutasiyaya uğrayaraq yenidən yayıla bilər və payız aylarında ehtimal olunan digər respirator infeksiyalar yayıla bilər. Buna hazır olmalıyıq. Bu gün ölkəmizdə yoluxma və ölüm sayını digər ölkələrlə müqayisə edə bilərsiz. Ölüm sayı təxminən 2 faizdir, yaş həddi isə orta hesabla 65-dir. Tibb müəssisələrinin vaxtında hazırlanması, adekvat tədbirlərin görülməsi, müalicə üsullarının hazırlanması xəstələrimizə kömək oldu. Bir az bundan öncə Çindən gələn nümayəndə, dünən isə İtaliyadan gələn nümayəndə heyəti ilə görüşmüşəm.

Bizim əməkdaşlar onlarla çalışırlar. Bütün müalicə prosesləri və gələcək planlar barədə danışırıq. Ümid edirəm ki, bütün çarpayı fondumuzdan istifadə etməyəcəyik. Amma zərurət yaransa, istifadə oluna bilər. Abşeron İdman Kompleksində yaradılan modul tipli xəstəxana müasir standartlara cavab verir. Burada çalışacaq tibbi personal rahat işini görəcək. Azərbaycan azsaylı ölkələrdəndir ki, tibbi personal üçün nəqliyyat vasitələri ayırıb”.скачать dle 11.3
Mojo.az Banner