22:58 Putindən nüvə sınaqları ilə bağlı TAPŞIRIQ  |     22:52 Gürcüstanda azərbaycanlı gənclər döyüldü– VİDEO  |     22:45 İslamabadda mərkəzi binada Zəfər Günü münasibətilə Azərbaycan bayrağı proyeksiya olunub  |     22:38 Gəncədə 19 yaşlı oğlan ölüb  |     22:30 Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLAR  |     22:26 “Qarabağ”dan cavab qolu  |     22:24 30-a yaxın əməliyyat keçirən braziliyalı "Barbi gəlinciyi" yataqda ölü tapıldı  |     22:15 Anar: "Erməni yazıçılar istəsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam"  |     22:08 Bağışladığı orqanları ölümündən sonra 100 nəfəri xilas etdi  |     22:01 Bakıda daha bir sosial ev dələduzluğu  |     21:56 Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?  |     21:50 Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı  |     21:45 Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı  |     21:28 Yeni piyada keçidinin inşası davam etdirilir - Video  |     21:23 Alpinistlər qar uçqunu altında qaldılar - Meyitləri axtarılır  |     21:16 Gəncədə iki avtomobil toqquşdu  |     21:10 "Çelsi"dən Bakı paylaşımı - Video  |     21:02 Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb  |     20:57 Bu gün Super Ay hadisəsi müşahidə olunur  |     20:50 Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb  |    

İyunun 10-11-də keçirilmiş imtahanların nəticələri ilə bağlı 826 müraciət olub

10-11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 826 nəfər şagird (bütün imtahan verənlərin 3,95%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu ərizələrdə ümumilikdə 1644 (bütün yazı işlərinin 0,65%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Edilən bütün müraciətlər araşdırılıb və şagirdlərin apelyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 360 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 466 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılmışdır. Apelyasiyaya müraciət edənlərdən 97 şagirdin (bütün imtahan verənlərin 0,46%-i) cəmi 107 tapşırıq (bütün tapşırıqların 0,04%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 8 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Təxminən 10 şagird ərizə ilə müraciət etmələrinə baxmayaraq, apelyasiya prosesinə qoşulmayıb. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilmişdir. Həmçinin Apelyasiya Komissiyasının qərarı ilə 10 iyun 2020-ci il tarixində keçirilmiş imtahanın ingilis dili fənnindən bir tapşırığının (A variantında 29 nömrəli, B variantında 30 nömrəli, C variantında 28 nömrəli, D variantında 30 nömrəli) qiymətləndirmə meyarının 0.5 ballıq şkalasına “a better land” və "good farmland" ifadələri də daxil edilmiş və həmin tapşırığı bu şəkildə cavablandıran 140 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib.

Qeyd olunub ki, dəyişikliklər bu gündən etibarən abituriyentlərin imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

Xatırladaq ki, bu imtahanlarda 21000-ə yaxın şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 251000-ə qədər tapşırıq üzrə yazı işi yoxlanılıb. Həmçinin, həm apelyasiya prosesinə ərizə qəbulu, həm də apelyasiya prosesi "online" formada həyata keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 564 31.07.20 20:47