Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:10 Bakıda bu binalar söküləcək – Ünvanlar  |     23:01 Aldıqları evə sahib ola bilmirlər - Yasamalda bir ev bir neçə nəfərə satılıb (VİDEO)  |     22:53 SWIFT haqqında doğru bilinən yanlışlar – Bu sistem necə işləyir?  |     22:48 Məşhur tikinti şirkətinin milyonlarla borcu var  |     22:40 Məktəbəhazırlıq qruplarına qəbul başlayır  |     22:35 Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür  |     22:27 Naxçıvanda nöqsanlar aşkar edilmiş ictimai obyektlərin fəaliyyəti məhdudlaşdırılıb  |     22:22 23 il əvvəl azyaşlı qızını qətlə yetirməkdə və ona qarşı zorakılıqda təqsirləndirilənlərin məhkəməsi başlayıb  |     22:15 Sabah paytaxtın üç rayonunda qaz olmayacaq  |     22:09 Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq  |     22:02 Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb  |     21:55 Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib - FOTO  |     21:50 Qaraçuxurda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb  |     21:50 Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?  |     21:44 Alen Simonyan: Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək  |     21:36 Tramp İranı Xamenei ilə hədələdi - “Qeyd-şərtsiz təslim”  |     21:34 Əhmədinejadın öldürülməsi xəbəri yalan çıxdı – İsrailin hədəfində başqa şəxs olub  |     21:33 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılacağı tarix məlum olub  |     21:28 Azərbaycanda 20 min 535 ölüm halı qeydə alınıb  |     21:22 Sabah üçün çimərliklərdə suyun hərarəti açıqlanıb  |    

Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı

"Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək".

Median.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi:

"Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 036 30.07.20 21:30