Mojo.az Banner
21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi

30.07.2020 19:07 1 738
DTX xarici ölkəyə casusluq edən ər-arvadı həbs etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.

DTX-dən verilən məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner