Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ

30.07.2020 11:11 1 417
548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib - RƏSMİ
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 29 iyul 2020-ci il saat 00:00-dan 30 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 505 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 43 nəfər olmaqla, ümumilikdə 548 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 50-si rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 80-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb, ümumilikdə 390 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.скачать dle 11.3
Mojo.az Banner