22:58 Putindən nüvə sınaqları ilə bağlı TAPŞIRIQ  |     22:52 Gürcüstanda azərbaycanlı gənclər döyüldü– VİDEO  |     22:45 İslamabadda mərkəzi binada Zəfər Günü münasibətilə Azərbaycan bayrağı proyeksiya olunub  |     22:38 Gəncədə 19 yaşlı oğlan ölüb  |     22:30 Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLAR  |     22:26 “Qarabağ”dan cavab qolu  |     22:24 30-a yaxın əməliyyat keçirən braziliyalı "Barbi gəlinciyi" yataqda ölü tapıldı  |     22:15 Anar: "Erməni yazıçılar istəsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam"  |     22:08 Bağışladığı orqanları ölümündən sonra 100 nəfəri xilas etdi  |     22:01 Bakıda daha bir sosial ev dələduzluğu  |     21:56 Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?  |     21:50 Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı  |     21:45 Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı  |     21:28 Yeni piyada keçidinin inşası davam etdirilir - Video  |     21:23 Alpinistlər qar uçqunu altında qaldılar - Meyitləri axtarılır  |     21:16 Gəncədə iki avtomobil toqquşdu  |     21:10 "Çelsi"dən Bakı paylaşımı - Video  |     21:02 Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb  |     20:57 Bu gün Super Ay hadisəsi müşahidə olunur  |     20:50 Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb  |    

688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi - RƏSMİ

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 2 avqust 2020-ci il saat 00:00-dan 3 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 429 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla, ümumilikdə 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 90-ı rayon, 115-i paytaxt istiqamətinə olmaqla 205, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 50-si rayon, 55-i paytaxt istiqamətinə olmaqla 105 avtomobil geri qaytarılıb, ümumilikdə 420 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 03.08.20 12:49