Mojo.az Banner
SON DƏQİQƏ
19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |    
Mojo.az Avto
Mojo.az Avto

Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir

29.07.2020 23:18 2 443
Gündəlik toyuq əti yemək orqanizmə necə təsir edir
Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edir

Toyuq döşü, qaynadılmış toyuq, toyuq ətindən kotlet- məlum olduğu kimi arıqlayanlar arasında, xüsusilə də qızlar arasında ən məhşur yeməklərdir. Həqiqətən də toyuq əti, mal əti və donuz ətindən daha az yağlıdır və eyni zamanda bir sıra faydalı xüsusiyyətlərə malikdir. Xüsusilə toyuqda C vitamini, B qrup vitaminləri, selen, kalium, kalsium, fosfor, dəmir, sink və maqnezium var. Ancaq məlumdur ki, müxtəlif dozalarda istənilən məhsul orqanizm üçün həm faydalı, həm də ölümcül həddə təhlükəli ola bilər. Toyuq əti də istisna deyil.

2018-ci ilin fevral ayında Amerika ürək assosasiyası həftədə bir neçə dəfədən çox toyuq yeməyi tərgitməyi tövsiyə edib. Toyuq əti istehlakını 2 dəfəyə qədər azaltmaq daha yaxşıdır. Fakt budur ki, toyuqda yüksək səviyyədə xolesterol var. Müqayisə üçün: 100 qram toyuq ətinin tərkibində təxminən 60 mq xolesterol var. Eyni çəkidəki dana və ya mal əti parçasından bir qədər az.

Əgər ki, ateroskleroz kimi təhlükəli bir patologiyaya meyllisinizsə, bu o deməkdir ki, risk altındasınız və mütləq olaraq hər gün toyuq yeməməlisiniz. Axı ateroskleroz, qan damarlarının daxili astarına artıq xolesterolun tökülməsi ilə əlaqələndirilir.

Xroniki xəstəliklərə əlavə olaraq toyuq ətinə həddindən artıq sevgi digər kədərli nəticələrə səbəb ola bilər. Bol yağda qızardılmış toyuq ayaqları - təhlükəli trans yağı mənbəyidir. ABŞ-da qida məhsullarının və dərman vasitələrinin keyfiyyətinə sanitar nəzarəti həyata keçirən idarə 2015-ci ildə qəti şəkildə trans yağlarının insan orqanizmi üçün zərərli olduğunu tanıdı. Məsələ burasındadır ki, onlar əqli fəaliyyətə neqativ təsir edir, fəallığı aşağı salır, həmçinin ürəyin işemik xəstəliyini provokasiya edə bilər .

Eyni zamanda, orta miqdarda toyuq əti yemək nəinki faydalı, hətta bədənimiz üçün çox zəruridir. Təsadüfi deyil ki, soyuqdəymə zamanı həkimlər məhz toyuq bulyonunu yeməyi məsləhət görürlər. Toyuq ətinin tərkibindəki faydalı maddələr və vitaminlər bədənimizi tonusda və çəkimizi nəzarətdə saxlamağa kömək edir. Ancaq hər gün toyuq yemək lazım deyil : əlavə sağlamlıq problemləri nəyə lazımdır? Toyuq yeməklərini lobya, tofu və balıq kimi bitki əsaslı zülal mənbələri ilə əvəz etmək daha yaxşıdır.//ena.azскачать dle 11.3

Son xəbərlər