Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sizcə, kim yalan danışır? - VİDEO

29.07.2020 21:28 1 312
Sizcə, kim yalan danışır? - VİDEO
Son zamanlar sosial şəbəkələrdə ehtiyacı olan insanlara yardım kampaniyaları xeyli çoxalıb.

Xeyirxah Azərbaycan xalqı isə normal olaraq öz yardımlarını əsirgəmirlər, ancaq bu məsələ də müəyyən işbazlara pul yığmaq üçün fürsət olub. Əlbəttə ki, sözümüzün canı var.

Doqquz yaşlı Samir Qubanın Çarxaçı kəndindəndir. Bir ay əvvəl ehtiyatsızlıqdan bədəninin 70 faizi yanıb. Sosial şəbəkələdə bu uşağın əməliyyatı üçün pul lazım olduğu, ailənin maddi vəziyyətinin isə çox aşağı olduğu barədə məlumatlar yayılır.

Biz də Baku TV olaraq bu müraciət əsasında kömək etmək qərarına gəldik. İlk olaraq uşağın həkimi ilə əlaqə saxladıq. Həkim isə bizə heç gözləmədiyimiz bir məlumat verdi. Zərərçəkənin əməliyyat olunduğunu və artıq yaxın günlərdə evə buraxılacağını bildirdi.

Yardımla bağlı gecikdiyimizi düşünərək, hər ehtimala qarşı elanda göstərilən nömrə ilə əlaqə saxladıq. Uşağın babası Söhrab bəyin sözlərinə görə, Samir iki dəfə əməliyyat olunub və növbəti əməliyyat üçünsə 2000 manat məbləğində pul tələb olunur.

Artıq suallarımız çoxalır, mövzu isə başqa bir səviyyəyə doğru gedirdi...

Ətraflı süjetdə...скачать dle 11.3
Mojo.az Banner