Mojo.az Banner
16:12 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz  |     16:10 İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat (Yenilənib)  |     15:59 Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı (Yenilənib)  |     15:53 Xırdalanda sərnişin avtobusu yolda yaranan çuxura düşdü - Video  |     15:51 Oman sahillərində neft tankeri hücuma məruz qaldı  |     13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər - VİDEOREPORTAJ

29.07.2020 16:51 1 341
Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər - VİDEOREPORTAJ
Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, 32 ünvanında yerləşən tikili sakinlərin qorxulu yuxusuna çevrilib. Vay o gündən ki, bu yuxu çevrilib həqiqət ola.

Baku TV xəbər verir ki, illərdir dəmir dirəklər üzərində qurulan bu tikili son vaxtlarda tamamilə acınacaqlı hal alıb.

Ərazidən dəmiryolu xəttinin keçməsi isə binanın çökmə təhlükəsini daha da sürətləndirir. Dörd ailənin yaşadığı bu tikilinin qəzalı olmasına dair hətta bir il əvvəl FHN rəy də bildirib. Lakin vəziyyət bu günə qədər dəyişməz olaraq qalmaqdadır.

Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar.

İcra nümayəndəsi Qara Qarakişiyevin sözlərinə görə, məsələyə yenidən baxılması üçün aidiyyəti qurumlara müraciət ünvanlayacaqlar:

“Qeyd etdiyiniz ünvandan xəbərimiz var. Biz rayon İcra Hakimiyyətinə müraciət etmişik. FHN tərəfindən akt tərtib olunub, rəy də verilib. Amma biz yenidən bu məsələ barədə Nazirlər Kabinetinə müraciət edəcəyik...”скачать dle 11.3
Mojo.az Banner