Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

“ASAN Xidmət” sədrindən yeni QƏRAR: Daha vəsaitin 50 faizi bölüşdürülməyəcək

25.07.2020 17:34 1 203
“ASAN Xidmət” sədrindən yeni QƏRAR: Daha vəsaitin 50 faizi bölüşdürülməyəcək
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin öz xəzinə hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev qərar imzalayıb.

Həmin sənədin 1.2-1-ci bəndi Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında idi.

Bu, Prezidentin 2017-ci il 1 may tarixli 1358 nömrəli fərmanının 2.4-cü bəndinə əsaslanırdı.

Bənd özündə “ASAN Xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizinin bölüşdürülməsini ehtiva edirdi. Amma ödənilən hər bir dövlət rüsumu üzrə 5 000 manatdan çox olmamaq şərti ilə.

Bənddə müvafiq vəsaitin 50 faizinin aşağıdakı kimi bölüşdürülməsi nəzərdə tutulurdu:

5 faiz Prezident Administrasiyasında, Prezidentinin İşlər Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hesabına köçürülür.

45 faiz Dövlət Agentliyinin və “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Dövlət Agentliyinin hesabına köçürülür.

Ülvi Mehdiyevin qərarı ilə isə həmin bənd (1.2-1) ləğv olunub.

Həmin qaydanın 1.3.1 bəndində nəzərdə tutulan xüsusi vəsaitin həcminə də dəyişiklik edilib.

Qərara əsasən, xüsusi vəsait “ASAN Xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizini (ödənilən hər bir dövlət rüsumu üzrə 5 000 manatdan çox olmamaq şərti ilə) təşkil edən və Dövlət Agentliyinin xəzinə hesabına daxil olan məbləğdir.

Qərar iyulun 24-dən qüvvəyə minib.скачать dle 11.3

Son xəbərlər