Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:20 Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə Dünya Çempionatına ev sahibliyi edəcək  |     23:11 Evlərimizi niyə sığortalaya bilmirik?  |     23:03 Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər  |     22:58 Alimlər yuxusuzluqla 24 saat ərzində mübarizə üsulu tapdı  |     22:52 Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir  |     22:47 ​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR  |     22:40 Bakıda iki biznesmenin övladları evləndi, toya Rafet El Roman gəldi (VİDEO)  |     22:36 Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək  |     22:24 Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?  |     22:19 İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? - Alim cavab verdi  |     22:13 Qazaxda evə basqın edən 64 yaşlı kişi saxlanıldı  |     22:06 Belarus vətəndaşlarından ibarət qrup İrandan Azərbaycana təxliyə olunub  |     21:58 İran ABŞ ilə danışıqları İsrailin zərbələri dayanandan sonra davam etdirəcək  |     21:51 KİV: Tramp İsrailin İrana hücum planı ilə dərhal razılaşmayıb  |     21:44 “Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar  |     21:39 Rusiya XİN: Vaşinqton Moskva ilə növbəti məsləhətləşmələr raundunu ləğv edib  |     21:32 Netanyahu İsrail Hərbi Hava Qüvvələrinin aviabazasını ziyarət edib  |     21:27 İsrail Tehranın hava məkanına tam nəzarət etdiyini bildirib  |     21:20 Naxçıvanda iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb  |     21:12 AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub, bəziləri ayın sonuna qədər dayandırılıb  |    

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirildi

24 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirib.

Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb.

Həmçinin, Baş prokuror mayın 1-də Prezident İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            785 24.07.20 19:17