23:13 Kriştianu Ronaldu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib  |     22:54 Yüksək təzyiq zamanı qidalanmada uzaq durulmalı olan 10 zərərli məhsul və içki  |     22:26 Ramiz Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaradıb -SENSASİON İDDİA  |     22:17 XİN: UNESCO-nun dekabrın 15-ni Dünya Türk Dilləri Ailəsi Günü elan etməsini alqışlayırıq  |     22:09 Bakıda mənzildən meyit tapıldı  |     22:05 2025-ci ilin rəmzi komandası açıqladı  |     21:46 "X" bir ayda Azərbaycandakı bazar payının 77 %-ni itirib  |     21:45 İslam Rzayevlə Musa Şəkiliyev şərik imişlər - Biznesləri ÜZƏ ÇIXDI  |     21:27 Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların çıxışı başladı  |     21:22 “Tikəmizi də tapmayacaqlar, yavaş sür!” - Anbaan video  |     21:18 Komaya düşən polkovnik vəfat etdi - FOTO  |     20:49 Azərbaycanlı qadın Türkiyədə 75 bıçaq zərbəsi ilə öldürüldü  |     20:40 Çexiyanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib  |     20:32 Həbs olunan icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ  |     20:26 Onlar üçün icbari tibbi sığortahaqqı azaldılır  |     20:10 Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb - YENİLƏNİB  |     19:59 Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər edəcək  |     19:46 Sadıq Sadıqova yeni VƏZİFƏ VERİLDİ  |     19:38 Maştağada tanışının qətlində təqsirləndirilən şəxsə hökm oxunub  |     19:30 Türkiyədə vəfat edən azərbaycanlı həkim sabiq icra başçısının bacısı qızı imiş  |    

“The Jerusalem Post”: “Azərbaycan koronavirusla uğurlu mübarizənin nümunəsidir”

Koronavirus pandemiyası bir həqiqəti ortaya çıxardı: böhranı aradan qaldırarkən, hər zaman dövlətin ölçüsü və ya iqtisadi potensialı önəm kəsb etmir, tez və vaxtında hərəkət etmək daha vacib ola bilər. Bu mənada Azərbaycanın nisbətən kiçik ölkə olmasına baxmayaraq, onun COVID-19-a qarşı mübarizəsi bu günə qədər uğurlu və effektiv olub.

Bu barədə İsrailin “The Jerusalem Post” qəzeti yazıb.

Görünməz bir düşmən səssizcə Azərbaycana girib. Bu gün İsrailin Avrasiyadakı etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycan güclü, müstəqil dövlətdir və Cənubi Qafqaz bölgəsində geosiyasi və geoiqtisadi proseslərin lideridir, həm bölgədə, həm də onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə töhfə verən müxtəlif birgə layihələrin iştirakçısıdır. Başqa sözlə ifadə etsək, Azərbaycan bu gün təhlükəsizliyin və sabitliyin ixracatçısıdır. Bundan əlavə, ölkə müasir təhdidlərin qarşısını almaq üçün beynəlxalq birliyin səylərini birbaşa dəstəkləyir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Jerusalem Post”a açıqlamasında deyib: “Pandemiya insanların həyatına təhlükə törədən ciddi problemlərlə yanaşı, həm də qlobal miqyasda uzun müddət mənfi təsirləri hiss ediləcək dağıdıcı sosial-iqtisadi və humanitar təhdidlər yaradıb.

COVID-19 pandemiyası kontekstində özünütəcrid və fraqmentar xarakterli tədbirlərdən daha çox qlobal həmrəyliyə və qlobal baxışa ehtiyac var”, - deyə, o bildirib.

Qoşulmama Hərəkatının (NAM) sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də COVID-19 pandemiyası ilə əlaqədar bu qurumun Əlaqə Qrupunun onlayn sammiti keçirilib.

Tədbirdə təkcə NAM üzvləri deyil, eyni zamanda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, ÜST-ün Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirir və dünyada BMT-dən sonra ikinci ən böyük siyasi qurumdur.

Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi olaraq BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizə ilə bağlı videokonfransının keçirilməsini təklif edib. Bu təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkə tərəfindən yekdilliklə təsdiqləndi. Bundan sonra Azərbaycan dövlətinin başçısı Qoşulmama Hərəkatı adından BMT-nin Baş katibi Antonio Quterreşə müraciət göndərdi.

Təxminən 130 ölkə baş katibin ofisini təşəbbüsü dəstəklədikləri barədə əvvəlcədən məlumatlandırdı. Bu dəstək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın sübutudur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 28 980 koronavirusa yoluxma halı qeydə alınıb, 391 nəfər ölüb, 20 974 nəfər sağalıb. Ölkə daxilində 658 782 koronavirus testi keçirilib. Aparılan testlərin sayına görə Azərbaycan bütün bölgədə birinci yerdədir və bir çox aparıcı Avropa ölkələrini qabaqlayır. Hazırda bütün Azərbaycan ərazisində karantindir.

Ən əsası, bu, sivil qaydada baş verir. Ölkədə çaxnaşma yoxdur, dövlət qurumlarına inam var.

Sosial cəhətdən həssas və zəif olanların köməyə ehtiyacı var. Bu yardım birbaşa dövlətin və Heydər Əliyev Fondunun dəstəyi ilə könüllülər hərəkatı tərəfindən həyata keçirilir. Yüksək risk qrupuna aid olan insanlar ərzaq və ləvazimatlarla təmin olunur. Mağazalardan məhsullar pulsuz çatdırılır. Dövlət hər şeyin əvəzini ödəyir.

İlk gündən Azərbaycan virusu olduqca ciddi qəbul etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə onun yayılmasının məhdudlaşdırılması üçün hərtərəfli tədbirlər həyata keçirildi. Azərbaycanda həmçinin yüngül koronavirus xəstəliyi olan xəstələrin evdə müalicəsini izləməyə imkan verən e-TƏBİB tətbiqi istifadəyə verilib.

COVID-19 xəstələrinə xidmət göstərən 20-dən çox dövlət tibb müəssisəsindən əlavə, virusun başlandığından bəri dörd modul xəstəxana açılıb. Önümüzdəki aylarda dövlət vəsaiti hesabına daha iki, habelə özəl maliyyələşdirmə ilə dörd modul xəstəxananın tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bu, digər tədbirlərlə birlikdə, ölkəyə nisbətən aşağı ölüm və infeksiya nisbətini saxlamağa kömək edir.

Azərbaycanın ən azı üç qonşusu adambaşına düşən COVID-19-a yoluxma hadisəsinin daha yüksək olduğunu bildirib. Görünür, Azərbaycan koronavirusun qarşısını uğurla alıb, onun yayılmasına əngəl olmaqla yanaşı, həm də pandemiyanın iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirlərini azaltmaqda çox yaxşıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 100 24.07.20 15:12