Xəstəxanaya yerləşdirilən azyaşlı Dövlət Komitəsinin nəzarətindədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:22 Bakıda 43 mindən çox şagirdin elektron yerdəyişməsi aparılıb  |     20:11 Azərbaycan XİN İslandiyanı Milli Günü münasibətilə təbrik edib  |     20:04 Gürcüstanda Milli Təhlükəsizlik Şurası ləğv ediləcək  |     19:59 Çində fabrikdə baş verən partlayış nəticəsində 9 nəfər həlak olub, 26 nəfər yaralanıb  |     19:50 Dövlət qurumunda işə düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib  |     19:45 "Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib  |     19:39 NBA-da final seriyasının daha bir oyunu keçirilib  |     19:25 Tramp komandasına İran rəsmiləri ilə görüşməyi tapşırıb  |     19:16 Bakıda 9 marşrut üzrə avtobusların hərəkətində ləngimələr var  |     19:09 Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb  |     19:03 KİV: Ağ Ev rəhbəri İrana danışıqlar masasına oturmaq üçün son şans verəcək  |     18:57 "TikTok"da vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - VİDEO  |     18:41 İsrail Rusiyanın vasitəçiliyini rədd etdi  |     18:36 Xaçmazda üçüncü kurs tələbəsi vəfat etdi  |     18:32 Camal Hill və Xalil Rauntri Dağüstü Parkda üz-üzə gəldilər - FOTO  |     18:17 Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi  |     17:46 Ölkədə nikahlar artıb, boşanmalar isə azalıb  |     17:01 Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib  |     16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |    

Xəstəxanaya yerləşdirilən azyaşlı Dövlət Komitəsinin nəzarətindədir

Xəzər rayonu Binə qəsəbə sakini Əliyeva Sabirə Rəcəbəli qızı altı aylıq nəvəsi ilə birlikdə təcili yardımla Bakı şəhəri, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, iyulun 22-də Komitənin səlahiyyətli nümayəndəsi A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında olarkən özünü uşağın nənəsi kimi təqdim edən Sabirə Əliyeva ilə söhbət zamanı müəyyən olunub, azyaşlının valideynləri qanuni nikahda olmadan birgə yaşamışlar. Uşağın nənəsi tərəfindən ananın psixoloji problemlərdən əziyyət çəkdiyi və hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə uşağın yaşayış yerinə səfər edərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.

Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 158 22.07.20 19:48