Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı zooparkında təmir nə vaxt başa çatacaq? - AÇIQLAMA

20.07.2020 17:08 996
Bakı zooparkında təmir nə vaxt başa çatacaq? - AÇIQLAMA
“Bakı Zooloji Parkında gedən təmir işlərinin ilin sonuna qədər yekunlaşacağı gözlənilir”.

Bu barədə Oxu.Az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Bakı Zooloji Parkında başlanan təmir işləri hələ ki, davam edir:

“Düzdür, bu istiqamətdə dəqiq məlumat verə bilmərəm. Amma düşünürəm ki, ilin sonuna qədər işlər yekunlaşar. Biz də xəbər gözləyirik ki, tədricən heyvanları yeni yerlərinə köçürək”.

A.Hüseynov karantin rejiminə baxmayaraq, zoorparkda hər şeyin qaydasında olduğunu bildirib:

“Heyvanlarımızın baxımına diqqət edirik. Bu günlərdə dişi şir əməliyyat olunub. Səhər adlı türk həkim, Baytarlıq Elmi Tədqiqat İnstitutunun həkimi İltifat Hacıyev, Bakı Zooloji Parkının həkimləri bu əməliyyatda iştirak ediblər. Təxminən üç saata qədər davam edən əməliyyatdan sonra şirin vəziyyəti normaldır”.

Bakı Zooloji Parkına Belarusdan yeni heyvanların gətiriləcəyini deyən A.Hüseynov bu istiqamətdə danışıqların aparıldığını bildirib:

“Hazırda sənədləşmə işləri aparılır, razılıq artıq alınıb. Biz ora dişi qamış pişiyi göndərəcəyik, Bakı Zooloji Parkına isə üç çay timsahı, bir-iki növ ilan gətirilməsi nəzərdə tutulur. Bizim digər ölkələrdəki zooparklarla sıx əlaqələrimiz var. Heyvanları dəyişmə üsulu ilə zooparkdakı kolleksiyanı genişləndirməyə çalışırıq”.

“Bu müddət ərzində bir neçə xırda quş istisna olmaqla, kütləvi heyvan tələfatı yoxdur”, - deyə, direktor qeyd edib.скачать dle 11.3
Mojo.az Banner