Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı zooparkı nə vaxt açılacaq? - AÇIQLAMA

26.06.2020 14:00 1 860
Bakı zooparkı nə vaxt açılacaq? - AÇIQLAMA
“Bu il ərzində yeni Bakı Zooloji Parkının fəaliyyətə başlaması nəzərdə tutulur”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Zooloji Parkının direktoru Azər Hüseynov bildirib.

Onun sözlərinə görə, zooparkda bəzi texniki işlər qalıb:

“Bəzi heyvanların saxlanma yerinin də təmiri qalıb. Mənə nə qədər iş qaldığını tam demirlər. Hesab edirəm ki, bu il ərzində orada işlər yekunlaşacaq və park açılacaq”.

Direktor qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı heyvanlar arasında ölüm faktları olmayıb:

“Pandemiyadan əvvəl zoopark ərazisinin genişləndirilməsi işləri ilə bağlı fəaliyyətini dayandırıb. Burada olan heyvanlar müvəqqəti olaraq Qaradağ rayonu, Salyan şosesi yaxınlığında yerləşən sığınacaqda saxlanılır”.

A.Hüseynov əlavə edib ki, zooparkda heyvanlara baxan əməkdaşların işə çıxması məhdud saydadır.

Yeni Bakı Zooloji Parkında təmir-bərpa prosesi aparan şirkətdən saytımıza bildirilib ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı işlər yubanır:

“Bəzi mallar xaricdən gətirilir. İndiki vəziyyətə görə yubanır. Bu il zooparkda işlərin yekunlaşması nəzərdə tutulur. Tam açılacağı vaxtı isə deyə bilmirik”.

Qeyd edək ki, Bakı Zooloji Parkı 2019-cu il fevral ayının 2-dən etibarən təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar olaraq ziyarətçilərinin üzünə bağlanılıb.

Xatırladaq ki, ötən gün Baş nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, zoomağazalar, o cümlədən, heyvanlar üçün yem satış məntəqələri və heyvan sığınacaqları sahəsində fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.скачать dle 11.3
Mojo.az Banner