Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

MN rəsmisi: “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq”

18.07.2020 19:43 2 062
MN rəsmisi: “Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq”
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ordumuzun generalı, yüksək rütbəli hərbi qulluqçuları düşmən ordusundakından fərqli olaraq əsgərlərimizin önündə gedirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Vaqif Dargahlı deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti, giziri, əsgəri öz arxasında Azərbaycan xalqını gördü, dayağını hiss etdi:

“İyulun 13-dən 17-dək yeddi mindən artıq vətəndaşımız hərbi xidmətə getmək üçün Müdafiə Nazirliyinin rəsmi elektron poçt ünvanına məktub göndərib”.

Döyüşlər zamanı hərbçilərimiz arasında yaralıların da olduğunu deyən V.Dərgahlı qeyd edib ki, onlar hərbi tibb müəssisələrində müalicə alırlar:

“Yaralıların əksəriyyətinin müalicəsi qısa müddətdə başa çatacaq. Əminik ki, onlar tez bir zamanda sıralarımıza qayıdacaqlar. Yaralıların müalicəsi həkim nəzarəti altında davam etdirilir. Hərbi həkimlərimizin də fədakarlığını xüsusi vurğulamaq lazımdır”.скачать dle 11.3
Mojo.az Banner