Mojo.az Banner
19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər

16.07.2020 21:51 1 780
Laçınlı gənclər döyüşə getmək üçün kütləvi şəkildə qeydiyyatdan keçiblər
Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.

"Report"un məlumatına görə, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınıb, igid döyüşçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışından sonra ölkəmizin ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənc də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək hərbi qeydiyyata alınıb.

Mənfur düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılıb, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq atdıqları bu addım yüksək qiymətləndirilib.

Laçınlılar Azərbaycan Ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan ediblər.

Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciətləri davam etməkdədir.скачать dle 11.3
Mojo.az Banner