Mojo.az Banner
21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |     20:37 Qlobal əmtəə ticarətinin dəyəri 13,7 trilyon dollara çatdı - BMT-nin statistikası  |     20:29 Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar (VİDEO)  |     20:24 Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi (YENİLƏNİB)  |     20:15 Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi  |     20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |    
Left Banner
Right Banner

İyulun 20-dən sonra xüsusi karantin rejimi uzadılacaq? - KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

15.07.2020 19:30 1 993
İyulun 20-dən sonra xüsusi karantin rejimi uzadılacaq? - KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA
"Dünənki nümayiş olmasaydı, bəlkə də karantin rejimi götürülə bilərdi. Lakin dünən keçirilən aksiyada karantin rejiminin qaydaları gözlənilmirdi, heç bir iştirakçıda maska yox idi və sosial məsafə də gözlənilmirdi. O şəraitdə yoluxmanın hansı səviyyədə olacağı hələ məlum deyil. Ola bilsin təxminən 5-6 gün sonra biz ciddi yoluxma ilə qarşı-qarşıya qala bilək".

Median.Az
xəbər verir ki, bu fikri ölkə.az-a açıqlamasında Milli Məclisin Əmək və sosail siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə indiyə qədər aparılan tədbirlərin nəticəsi olaraq, bu həftənin sonu karantin rejimi ləğv oluna bilərdi.

"Bu gözlənilirdi. İndiyə qədər aparılan tədbirlərə görə, bu həftənin sonunda karantin rejimi ləğv oluna bilərdi. Lakin baş verən hadisələr bu vəziyyətə öz mənfi təsirini göstərə bilər. Dünənə kimi olunan tədbirlər nəticəsində yoluxmada müəyyən stabilləşmə müşahidə olunurdu. Sağalanlarla yoluxanların sayı bir-birinə çox yaxın idi, bu da müsbət bir göstərici idi. Bununla bəlkə də ciddi karantin rejimi bitəcəkdi. Lakin dünənki hadisələrdən sonra yoluxmanın artacağı və ya azalacağı haqqında proqnoz vermək çox çətindir".

Komitə sədri onu da bildirib ki, yay fəslində insanlar istirahət etməli və immun sistemlərini gücləndirməlidirlər:
"Başa düşürük yay fəslidir, insanlar istirahət etməlidirlər. İnsan orqanizmi günəş şüalarından D və E vitamini qəbul etməlidir. Dənizə getməlidirlər, immun sistemləri güclənməlidir. Çünki bizi qarşıda soyuq fəsillər gözləyir. Bunun üçün bizim 2 aylıq qısa bir zamanımız var. Odur ki, mən də vəziyyəti nəzərə alaraq sizin redaksiyanız vasitəsi insanları karantin rejiminin tövsiyyələrinə əməl edib, maskalardan istifadə etməyi və sosial məsafəni gözləməyə çağırıram. Bir yerə toplu şəkildə toplaşmaq qəti qadağandır. Başa düşürəm dünənki aksiya insanların vətən, Qarabağ sevgisindən irəli gəlmişdir. Bu aksiya həm də Ali Baş Komandan İlham Əliyevə dəstək məqsədi daşıyırdı. Ancaq koronavirus pandemiyasını da nəzərdən qaçıra bilmərik",- deyə millət vəkili qeyd edib.скачать dle 11.3
Mojo.az Banner