Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaqataladakı olimpiya kompleksinin yararsız vəziyyətdə olmasına səbəb nədir? - RƏSMİ AÇIQLAMA

14.07.2020 11:34 1 438
Zaqataladakı olimpiya kompleksinin yararsız vəziyyətdə olmasına səbəb nədir? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Zaqatala Olimpiya İdman Kompleksinin təmirdən qısa müddət sonra yararsız vəziyyətə düşməsi barədə görüntülər paylaşılıb. Bildirilir ki, olimpiya kompleksi hazırda istifadəsiz, baxımsız qalıb.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun Mətbuat katibi Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında bildirib ki, Zaqatala Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyi tərəfindən inşa edilməyib:

“Zaqatala Olimpik” MMC adı ilə 2006-ci ildə 3 500 nəfər tamaşaçı yerli əsas stadion, 2008-ci ildə isə köməkçi stadion tikilərək istifadəyə verilib. “Zaqatala Olimpik” MMC 2015-ci ildə “Aqrarkredit” bank olmayan kredit təşkilatının balansına verilib. Tikildiyi dövrdən kompleksdə əsaslı təmir işləri görülməyib. 2012-ci ildə təmirə başlanılıb, lakin işlər yarımçıq qalıb. “Zaqatala Olimpik” MMC 2017-ci ilin iyul ayından Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib və “Zaqatala Olimpiya İdman Kompleksi” MMC kimi fəaliyyətə başlayıb. Kompleks 2017-ci ildə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə görüntülərdə nümayiş etdirilən vəziyyətdə Nazirliyin balansına verilib”.

“Təhvil alındıqdan sonra Nazirlik obyektin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, müvafiq qurumlara bununla bağlı təkliflər göndərib. Müvafiq qərar təsdiq edildikdən sonra nazirlik tərəfindən əsaslı təmir işlərinə başlanılacaq.

Məlumat üçün bildirək ki, Zaqatala OİK təsərrüfat hesablı olduğu üçün onun yalnız qismən saxlanılması (cari xərclər) dövlət tərəfindən idman qurğularının saxlanılması üçün nazirliyə ayrılan vəsait hesabına aparılır. Əlavə olaraq bildirilməlidir ki, olimpiya idman növləri üzrə məşqlər qurğuda pulsuz şəkildə aparılır”, - deyə, S.Məmmədova vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner