Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yalanlarla dolu erməni mətbuatı yenə iş başındadır - VİDEO

13.07.2020 21:54 1 038
Yalanlarla dolu erməni mətbuatı yenə iş başındadır - VİDEO
Yenə bir təxribat, yenə mətbuatda çıxan yalan məlumatlar, yenə qondarma erməni iddiaları...

Ötən gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan sərhədində təxribat törədib. Təxribat bu gecə saatlarında da davam edib. Atışma nəticəsində dörd hərbi qulluqçumuz şəhid olub.

Ancaq nə təsadüf ki, yenə ermənilərin dövlət rəsmilərindən tutmuş, mətbuatına qədər hər biri dezinformasiyalar yayaraq, atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.
Məsələn, Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində uydurub ki, guya bazar günü yerli vaxtla saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələri Ermənistanın dövlət sərhədinin Tavuş (Tovuz) vilayəti istiqamətində və UAZ markalı nəqliyyat vasitəsi ilə pozmağa cəhd edib.

Hakimiyyətə gəldikdən bəri populist açıqlamalardan başqa heç nə ilə yadda qalmayan və dəfələrlə Azərbaycan prezidentinin faktlarla susdurduğu baş nazir Nikol Paşinyan isə yenidən cuşa gəlib. Deyib ki, Bakının heç bir təxribatçı hərəkəti cavabsız qalmayacaq. Görünür, Paşinyan aprel döyüşlərini yaxşı xatırlamır.

Paşinyan iddia edib ki, guya Azərbaycan rəhbərliyi xalqını epidemioloji təhlükəsizlik qaydalarına riayət etməyə çağırmaq əvəzinə, hərbi ritorikanı müdafiə edir.

Bu halda isə bu hörmətsiz baş nazirə öz ölkəsində olanları xatırlatmaqda fayda var ki, hər gün artan və 33 min nəfərə çatan yoluxma halları, 600-ə yaxınlaşan ölüm faktlarını yadından çıxarmamalıdır. Hər bir mübarizədə olduqları kimi, koronavirus məsələsində də uğursuzluğa düçar olublar.

Üstəlik, bütün xarici ekpertlər də məhz Ermənistan hakimiyyətinin daxili böhrandan fikir yayındırmaq üçün cəbhədə təxribatlara əl atdığını bəyan edirlər. Belə hal nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq. Ona görə də, Paşinyan yaxşı olar ki, güzgüyə baxıb, öz adını başqasına qoymasın.

Və sonda... erməni hakimiyyəti nəhayət başa düşməlidir ki, onlar işğal etdikləri torpaqlardan çıxmayınca, Azərbaycan hərbi gücü və iqtisadi blokadası qarşısında aciz qalacaqlar. Bütün dünyadan təcrid olunacaqlar.скачать dle 11.3
Mojo.az Banner