Mojo.az Banner
14:46 Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb  |     14:33 Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləydi  |     14:30 İsrailin İstanbul konsulluğu qarşısında atışma: Biri öldürldü, ikisi tutuldu  |     14:09 Moskvada teatr əməkdaşları zəhərləndilər: Tamaşa ləğv edildi  |     13:45 Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI  |     13:30 Adil Şükürov dörd oyunluq cəza aldı  |     13:26 Keçmiş gəlinindən Məzahir Pənahova İTTİHAM: "Ona nüfuz önəmli deyil, zinət əşyalarımı qaytarmırlar"  |     13:19 Oğul ona araq verməyən anasını döydü, min manat cərimələndi  |     13:02 Bakıda yaşayış evi çökdü, xəsarət alan var - Video  |     12:51 Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL  |     12:46 Bakıda 3 min ev su kollektorunun üzərində tikilib  |     12:40 Bələdiyyəyə niyə və nə qədər pul ödənilməlidir?  |     12:32 Polis bu uşağın valideynlərini axtarır  |     12:30 200 min manat mənimsəyən sabiq direktor kassasiya şikayəti verib  |     12:28 "Real Madrid"in "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?  |     12:28 Gəncədə Türkiyə vətəndaşı BIÇAQLANDI  |     12:26 KİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir  |     12:25 Qubada yer yarıldı, 10 kəndlə əlaqə kəsildi - Video  |     12:24 34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI  |     12:23 "Brent" markalı neftin qiyməti 110 dolları keçdi  |    
Left Banner
Right Banner

Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari açıqlandı

08.07.2020 11:48 1 509
Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari açıqlandı
BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasından sonra dünya üçün iki ssenari – həm nikbin, həm də bədbin proqnozlar barədə fikirlərini açıqlayıb.

O, məsələyə “Aftonbladet” nəşri üçün yazdığı məqalədə münasibət bildirib.

Baş katib pandemiyanın həm ölkələr daxilində, həm də dövlətlər arasında münasibətlərdə bərabərsizliyi artırdığını bildirib.

Onun sözlərinə görə, ölkələr mövcud vəziyyətin öhdəsindən gələ, uğurlu bərpa planı hazırlaya və inkişaf etməkdə olan ölkələrə kifayət qədər kömək göstərə bilsələr, nikbin proqnoz barədə danışmaq olar. Növbəti doqquz ay ərzində koronavirusa qarşı effektiv və əlverişli peyvəndin yaranması ilə belə bir ssenarini həyata keçirmək mümkündür.

Bədbin ssenaridə isə dövlətlər pandemiya qarşısında birləşməyəcək, virusun yeni yayılması başlayacaq, peyvənd üzərində işlər ləngiyəcək, yaxud da ancaq “zəngin” ölkələr onu əldə edə biləcəklər. “Bu ssenari gerçəkləşərsə, seqreqasiya, populizm və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə, Baş katib yazıb.

A.Quterreşin fikrincə, bədbin proqnoz reallaşdığı təqdirdə 5-7 il ərzində qlobal depressiyanın başlanğıcını görə biləcəyik.

O qeyd edib ki, dünyanın indi hansı tərəfə doğru getdiyini anlamaq çətindir, ancaq ilk ssenari üçün əldən gələn hər şeyi etmək lazımdır, bununla yanaşı, ikinci ssenariyə də hazırlaşmaq vacibdir.скачать dle 11.3
Mojo.az Banner